RU

İranı təşvişə salan xəbər: Hazırlıq başladı, yaxın zamanda...

GlobalInfo saytına istinadən ain.az xəbər verir.

Son günlər İranın hərbi hazırlıq səviyyəsini artırdığına dair məlumatların intensivləşməsi Yaxın Şərqdə gərginliyi yenidən alovlandırıb. Regional və beynəlxalq mənbələr Tehranın mümkün təhlükəsizlik risklərinə qarşı tədbirləri gücləndirdiyini bildirir.

Həmçinin İsrailin Baş naziri Benyamin Netanyahunun da İrana yeni hücum planını yaxın zamanda ABŞ-a təqdim edəcəyi açıqlanıb.

Globalinfo.az-a danışan politoloq Elxan Şahinoğlu deyib ki, İran İsraildən hücum təhlükəsi gözləyir:

“Bunun bir neçə səbəbi var. İranın mühafizəkar qanadı, xüsusilə də SEPAH (İslam İnqilabı Keşikçiləri Korpusu) generalları uranın zənginləşdirilməsini istəyirlər. Son zamanlar isə Tehran ballistik raketlərin istehsalını sürətləndirib. İranın bu addımlarının gec-tez gərginliyə səbəb olacağı bəlli idi.

Elxan Şahinoğlu

İsrail kəşfiyyatı aktiv şəkildə məlumat toplayır. İsrailin Baş naziri Benyamin Netanyahu prosesi yaxından izləyir. Hətta məsələ ABŞ Prezidenti Donald Trampla da müzakirə edilib. Əslində İran tərəfdə ən çox narahatlıq yaradan da məhz bu təmaslardır. Daha dəqiq desək, Tehran düşünür ki, İsrail və ABŞ gələn il İrana daha dağıdıcı və genişmiqyaslı zərbələr endirə bilər.

İranın özünün daxili vəziyyəti də olduqca pisdir. Sanksiyalar iqtisadi və sosial vəziyyəti ağırlaşdırıb. Belə bir məqamda İsrailin İrana zərbələr endirməsi ehtimalı artıb. Tehran da məhz buna görə növbəti müharibəyə hazırlaşır”.

Turan Rzayev

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
106
globalinfo.az

1Источники