RU

ABŞ-da bir sentlik sikkənin rəmzi dəfni keçirilib

ABŞ-ın paytaxtı Vaşinqtonda bir sentlik sikkələrin rəmzi dəfn mərasimi təşkil olunub. AzPost xəbər verir ki, New York Post nəşrinin məlumatına görə, kolleksiyaçılar və ictimai fəallar bu addımı ölkədə bir sentlik sikkələrin 200 ildən artıq tarixə malik zərb prosesinin başa çatmasını simvolizə etmək üçün atıblar.

Zarafat xarakterli dəfn mərasimi Milli Aləmdə, Linkoln Memorialının qarşısında baş tutub. Tabutun fəxri daşıyıcıları kimi ABŞ-ın 16-cı prezidenti Avraam Linkolnun oxşarları çıxış ediblər. Qeyd edək ki, uzun illər ərzində bir sentlik sikkənin üzərində məhz Linkolnun portreti əks olunub.

Mərasimin əsas simvolu isə minlərlə bir sentlik sikkədən yığılmış Avraam Linkoln portreti olub. Bildirilib ki, bir sentlik sikkənin son nümunəsi 2025-ci il noyabrın 12-də Filadelfiya zərbxanasında istehsal edilib.

ABŞ Maliyyə Nazirliyinin qərarına əsasən, 2026-cı ilin əvvəlindən etibarən bu sikkələrin istehsalı tamamilə dayandırılacaq. Qərarın əsas səbəbi büdcə vəsaitlərinə qənaət kimi göstərilir. Belə ki, bir sentlik sikkənin istehsalı dövlətə təxminən 4 sentə başa gəlir.

Mütəxəssislərin hesablamalarına görə, bu addım ABŞ büdcəsinə təxminən 56 milyon dollar qənaət etməyə imkan verəcək.

Qeyd olunur ki, gələcəkdə nağd ödənişlər zamanı satıcılar qiymətləri 5 sentə yuvarlaqlaşdırmalı olacaqlar. Bununla yanaşı, dövriyyədə olan mövcud bir sentlik sikkələr yığışdırılmayacaq və qanuni ödəniş vasitəsi olaraq qalacaq.

AzPost.az

Избранный
50
1
azpost.info

2Источники