RU

İrakli Kobaxidze: Gürcüstan Cənubi Qafqazda sülhün möhkəmləndirilməsində mühüm rol oynayır

Tbilisi, 22 dekabr, AZƏRTAC

Gürcüstan regionda, xüsusilə də Cənubi Qafqazda sülhün möhkəmləndirilməsində mühüm rol oynayır və bu istiqamətdə fəaliyyət gələcəkdə də davam etdirilməlidir.

AZƏRTAC xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze Səfirlər Konfransında çıxışı zamanı bildirib.

Baş nazirin sözlərinə görə, gürcü diplomatlar beynəlxalq arenada ölkəni təmsil edirlər və onların əsas vəzifələrindən biri Gürcüstanın bağlantı və tranzit funksiyasını daha da gücləndirməkdir.

İrakli Kobaxidze qeyd edib ki, cari il ərzində bu sahədə mühüm işlər görülüb və bu istiqamətdə səylər davam etməlidir.

Baş nazir diplomatik korpusun milli maraqların qorunmasındakı rolunun əvəzsiz olduğunu vurğulayıb.

Xətai Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

 

Избранный
50
azertag.az

1Источники