RU

“Bakı Metropoliteni”nin fəaliyyətini dayandırmış banklardakı 3 milyon 700 min manata yaxın vəsaiti geri qaytarılmayıb

Bakı.Trend:

“Bakı Metropoliteni” QSC-nin 2016-cı ildə fəaliyyətinidayandırmış iki bankda yerləşdirilmiş 3 milyon 700 min manata yaxınvəsaiti indiyədək geri qaytarılmayıb.

Trend xəbərverir ki, QSC-nin açıqladığı sonuncu hesabatda sözügedən məbləğşirkətin cari bank hesablarında nəzərə alınsa da, faktiki olaraqistifadəsiz qalıb.

“Bakı Metropoliteni”nin vəsaitlərinin 1 milyon 563 min manatı“Texnikabank” ASC-də, 2 milyon 166 min manatı isə “Bank Standard”daqalıb.

Ümumi məbləğ 3 milyon 709 min manat təşkil edir.

Şirkətin 2024-cü ilin sonuna dair maliyyə hesabatında qeydolunur ki, zərər ehtiyatı çıxıldıqdan sonra pul vəsaitləri vəonların ekvivalentləri 9 milyon 839 min manat səviyyəsindəformalaşıb. Bu göstərici 2023-cü ilin müvafiq dövrü ilə müqayisədəəhəmiyyətli artım deməkdir.

Избранный
95
3
az.trend.az

4Источники