RU

"QHT-lərin fəaliyyəti vətəndaş cəmiyyətinin möhkəmlənməsinə töhfə verdi" - Vüsalə Qələndərli

“İstedadları Tanıyaq və Tanıdaq” İctimai Birliyinin sədri Vüsalə Qələndərli (Sadıqova) QHT.az-a açıqlamasında 2025-ci ilin vətəndaş cəmiyyəti üçün fəallıq və sosial yönümlü layihələrin genişlənməsi ilə yadda qaldığını bildirib.

Sədrlik etdiyi birliyin fəaliyyətini qiymətləndirən Vüsalə Qələndərli qeyd edib ki, QHT-lərin rəsmi tədbirlərdə və təlimlərdə davamlı iştirakı fəaliyyətin inkişafında mühüm rol oynayıb. O əlavə edib ki, bu il xüsusilə uşaqların, gənclərin və sosial həssas qrupların inkişafına yönələn təşəbbüslər ön plana çıxıb:

"Ümumilikdə, 2025-ci ili vətəndaş cəmiyyətinin möhkəmləndiyi və ictimai etimadın artdığı bir il kimi qiymətləndirirəm. 2025-ci il ərzində “İstedadları Tanıyaq və Tanıdaq” İctimai Birliyi olaraq əsasən uşaqların və gənclərin istedadlarının üzə çıxarılması, onların yaradıcılıq və şəxsi inkişafına dəstək verən bir sıra layihələr icra etdik. Bunlara regionlarda keçirilən istedad müsabiqələri, maarifləndirici tədbirlər, yaradıcılıq görüşləri, eləcə də Parlaq ulduzlar layihəsi və “İstedadlari Uğura aparan yol” adlı jurnalın çap olunması  daxildir".

 

Pərvanə Fərhadqızı

Избранный
46
qht.az

1Источники