RU

Dünyada hər beş yeniyetmədən biri qidalanma problemi yaşayır

Budapeşt, 22 dekabr, AZƏRTAC

“BioTechUSA” şirkəti yeniyetmələr arasında əqli və fiziki sağlamlıq barədə məlumatlılığı artırmaq məqsədi daşıyan “Uşaqların sağlamlığı naminə birlikdə” pilot proqramını başa çatdırıb.

AZƏRTAC xəbər verir ki, təşəbbüsdə 160-dan çox məktəbli iştirak edib, onlar interaktiv formatda – kvestlər, kulinariya ustad dərsləri və teatr tamaşaları vasitəsilə qidalanma pozğunluqları və özünəqiymət məsələlərini müzakirə ediblər.

Proqram 2023-cü ildəki beynəlxalq tədqiqatın məlumatları əsasında aparılıb. Bu tədqiqata uyğun olaraq uşaqların və yeniyetmələrin təxminən 22 faizi düzgün qidalanmır, dünyada hər beş yeniyetmədən biri isə qidalanma problemi yaşayır. Ekspertlər bunu sosial media təzyiqi və xarici görünüşdən narazılıqla əlaqələndirirlər.

Proqram çərçivəsində “BioTechUSA”, həmçinin çəki problemi olan uşaqlar üçün art-terapiyaya Macarıstan Mosoly Fonduna təxminən 50 min avro ianə edib. Şirkət təşəbbüsü 2026-cı ildə də davam etdirmək niyyətindədir.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Budapeşt

 

Избранный
98
2
azertag.az

3Источники