Bu gün biz Naxçıvan-Türkiyə Enerji Qovşağı layihəsi üzərində fəal iş aparırıq.
APA-nın xəbərinə görə, bunu Baş nazir Əli Əsədov Azərbaycan ilə Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 12-ci iclasında bildirib.
Əli Əsədov deyib ki, Naxçıvanın bərpa olunan enerji potensialından istifadə olunaraq Türkiyə və Avropa istiqamətində yaşıl enerjinin ixracı hədəflərimiz sırasındadır: “Bir sözlə enerji sahəsində əməkdaşlığımız qarşılıqlı fayda prinsipi əsasında davam edəcək və yaxşı nəticələr vəd edir”.