RU

İsraildə Türkiyə ilə bağlı sorğu: 90 faizi buna qarşı çıxdı

Qəzza zolağına göndərilməsi planlaşdırılan beynəlxalq sabitləşdirici missiyada Türkiyənin yer almasını istəməyən İsrail türk ordusunun Fələstin anklavına daxil olmasının qarşısını almaq üçün səylərini davam etdirir.

Teleqraf xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.

Məlumatda deyilir ki, ABŞ Prezidenti Donald Tramp Türkiyənin beynəlxalq missiyada iştirakını istəsə də, İsrail Ankaranın HƏMAS-la əməkdaşlığını əsas gətirərək Qəzzanın yenidən qurulması prosesində onun rol almasına qəti şəkildə qarşı çıxır:

“İsrailin “Kanal 14” telekanalı Türkiyənin Qəzzadakı beynəlxalq missiyada mümkün iştirakı ilə bağlı kritik bir sorğu keçirib.

İsrail Baş naziri Benyamin Netanyahu ilə Donald Tramp arasında türk ordusunun beynəlxalq missiyada iştirakı barədə yaranan fikir ayrılığı fonunda keçirilən sorğuda belə bir sual qoyulub:

“İsrail Trampın Qəzzadakı çoxmillətli qüvvədə türk əsgərlərinin də xidmət etməsi tələbinə razılıq verməlidir, yoxsa buna qarşı çıxmalıdır?”.

“Kanal 14”ün sorğusunun nəticələrinə görə, İsrail əhalisinin 90 faizi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın komandanlığı altındakı türk əsgərlərinin Qəzzada beynəlxalq missiyanın tərkibində olmasına qarşıdır.

İsraillilər arasında buna müsbət baxanların sayı cəmi 7 faizdir. Respondentlərin 3 faizi isə mövzu ilə bağlı mövqe bildirməyib”.

Избранный
28
teleqraf.com

1Источники