RU

Yaponiyada “Moqami” sinifli sonuncu freqat suya buraxılıb

Naqasakidəki Mitsubishi Heavy Industries (MHI) gəmiqayırma zavodunda 12-ci və sonuncu “Moqami” sinifli çoxməqsədli freqat suya buraxılıb. Freqat Yaponiya Dəniz özünümüdafiə qüvvələri üçün nəzərdə tutulub.

Herbiand.az bildirir ki, freqat suya endirildikdən sonra sifarişçiyə çatdırılmadan və istismara verilməzdən əvvəl əlavə təchizat mərhələsindən keçiriləcək.

“Moqami” freqatlarının uzunluğu 132,5 metr, eni 16,3 metrdir. Heyət tərkibi 90 nəfərdir.

Bəxtiyar CƏFƏRLİ

Избранный
58
herbiand.az

1Источники