BAKI, 22 dekabr. TELEQRAF
Ötən il “Bakı Metropoliteni” QSC-nin başa çatdırılmamış işləri sırasında Xətai–Y20 stansiyaları arasında görülən işlərin ilkin dəyəri 199 milyon 534 min manat olub.
Teleqraf qurumun maliyyə hesabatına istinadən xəbər verir ki, bu 2023-cü illlə müqayisədə 0,76 faiz və ya 1 milyon 496 min manat çoxdur.
Belə ki, 2023-cü ildə "Xətai" və Y20 stansiyaları arasında görülmüş işlərin ilkin dəyəri 198 milyon 38 min manatqiymətləndirilib.
"Dərnəgül" elektrik deposunun ilkin dəyəri2023-cü ildə 140 milyon 968 min manat, 2024-cü ildə 141 milyon 362 min manat, "Xocəsən" stansiyası və elektrik deposununilkin dəyəri 2023-cü ildə 360 min manat, 2024-cü ildə isə 3 milyon 951 min manat olub.