RU

Miqrenin əlamətləri açıqlandı

Miqren geniş yayılmış nevroloji xəstəliklərdən biri kimi bir çox insanın həyat keyfiyyətinə mənfi təsir göstərir.


Pravda.az bildirir ki, miqren adətən başın bir tərəfində şiddətli ağrı ilə müşayiət olunur.


Miqrenin yaranma səbəbi tam olaraq müəyyən edilməsə də, beynin sinir fəaliyyətindəki dəyişikliklər və genetik meyillilik əsas faktorlar arasında göstərilir.


Stres, yuxusuzluq, hormonal dəyişikliklər, uzun müddət ac qalmaq, alkoqollu içkilər, bəzi qidalar və hava dəyişiklikləri miqren tutmalarını tətikləyə bilər.


Miqrenin əsas əlamətləri sırasında baş ağrısı ilə yanaşı, ürəkbulanma, qusma, işıq və səsə qarşı həssaslıq, halsızlıq və diqqət dağınıqlığı yer alır. Bəzi hallarda görmə pozuntuları, yanıb-sönən işıqlar və ətraflarda keyimə kimi əlamətlər müşahidə oluna bilər.


Miqren tutmaları tez-tez təkrarlanırsa və gündəlik həyata mane olursa, mütləq həkimə müraciət edilməlidir.


Əminə Bayramova 

Tarix: 22 Dekabr 2025, 17:34   
Избранный
39
pravda.az

1Источники