Bir neçə mənbənin məlumatına əsasən, “Samsung” yeni flaqman smartfonlarının buraxılış tarixini təxirə salmağı planlaşdırır. Əvvəllər “Galaxy S26” seriyasının 2026-cı ilin fevral ayının əvvəlində bazara çıxacağı gözlənilirdisə, indi təqdimatın yalnız mart ayında baş tutacağı bildirilir.Valyuta.az xəbər verir ki, “Galaxy S25” seriyası 23 yanvar 2025-ci ildə təqdim olunmuş və 7 fevralda satışa çıxmışdı. Gecikmə ilə bağlı məlumatı “Samsung” sızıntıları üzrə ixtisaslaşan insayder “Ice Universe”, eləcə də “Setsuna Digital” blogeri təsdiqləyib.Məlumata görə, adi qrafikin dəyişməsinə səbəb yeni dizaynla bağlı çətinliklər və seriyanın buraxılışa ümumi hazırlıq prosesidir. Bir müddət şəbəkədə “Samsung”un Plus modelini yeni Edge versiyası ilə əvəz edəcəyi barədə insayd məlumatlar yayılmışdı, lakin görünür, şirkət yenidən klassik “Galaxy” üçlüyünə qayıtmaq qərarına gəlib.Digər sızıntılardan məlumdur ki, komponentlərin və rüsumların bahalaşması səbəbindən S26 Ultra modelinin qiyməti ən azı 50–100 dollar arta bilər. Digər modellərin qiymətlərinin isə “iPhone 17” ilə rəqabət aparmaq üçün əvvəlki səviyyədə saxlanacağı gözlənilir.Eyni zamanda, “Galaxy S26 Ultra” uzun müddətdir gözlənilən simli enerji yığma sürətinin artırılması, yeni ekran və təkmilləşdirilmiş teleobyektiv əldə edəcək. Baza modellər isə xüsusiyyətlərinə görə hazırkı cihazlardan ciddi şəkildə fərqlənməyəcək.Xatırladaq ki, dekabrın əvvəlində “Samsung” üç ekranlı ilk smartfonunu təqdim etmişdi. Bu model qlobal bazarda 2026-cı ilin əvvəlində satışa çıxacaq.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта


