RU

Paşinyan Putini "Tramp marşrutu"nun inşası barədə məlumatlandırıb

Bakı ilə sülhün bağlanması İrəvan üçün Rusiya ilə münasibətlərdə də yeni imkanlar açacaq.

APA Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə Baş nazir Nikol Paşinyan Sankt-Peterburqda Rusiya Prezidenti Vladimir Putinlə görüşdə bildirib.

Ermənistan Baş naziri Rusiya liderinə Ermənistanla Azərbaycan arasında sülh prosesini dəstəklədiyinə görə təşəkkür edib.

O, həmçinin Rusiyadan Azərbaycandan keçən qatarların Ermənistana gəlməyə başladığını tarixi hadisə adlandırıb.

Paşinyan Putinə TRIPP-nin inşası barədə də danışıb. O qeyd edib ki, bu kontekstdə "Ermənistan və ABŞ arasında konstruktiv danışıqlar" gedir.

Избранный
92
5
apa.az

7Источники