RU

Məleykə Abbaszadə: “Hamı elmlə məşğul olmamalıdır”

“Qəbul imtahanından sonra özünə qapanan uşaqlarla bağlı valideynlər psixoloqlara müraciət etməlidirlər. Hamı elmlə məşğul olmamalıdır. Müəyyən sahələr var ki, insan orada özünü xoşbəxt hiss etməz. Kimsə özünü başqa sahədə, peşədə tapa bilər. Valideynlər bunun üzərində düşünməlidirlər”.

Bu fikirləri MilliTv.NET-a müsahibəsində Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə deyib.

O bildirib ki, valideynlər övladlarına fərdi yanaşmalıdırlar:

“Uşaqların dəyərlərinə hörmət etmək lazımdır. Valideynlər diqqətli olmalıdırlar, övladları ilə danışmalıdırlar, birgə müzakirə etməlidirlər”.

Избранный
32
2
millitv.net

3Источники