RU

Dəkkədə mətbuata HÜCUM – Redaksiyaları yandıranlar SAXLANILDI

Banqladeşdə qəzet ofislərinə hücum edənlər tutulub.

İnterpress.az xəbər verir ki, bu barədə “The Daily Star” məlumat yayıb. “Prothom Alo” və “The Daily Star” redaksiyaları hədəf alınıb, polis siyasi motivləri inkar edir.

Məlumata görə, Banqladeşin paytaxtı Dəkkədə “Prothom Alo” və “The Daily Star” qəzetlərinin redaksiyalarına edilən hücumlara görə 17 nəfər saxlanılıb.

Polis bildirib ki, ofislərə edilən bir sıra hücumlar və yandırma cəhdlərindən sonra keçirilən əməliyyatda 17 nəfər həbs edilib, daha 31 şübhəli şəxs isə müəyyənləşdirilib.

Hüquq-mühafizə orqanlarının nümayəndəsi vurğulayıb ki, bu iş siyasi baxışlarla deyil, sırf qanun pozuntusu ilə əlaqədardır. Həmçinin qeyd olunub ki, hadisələr zamanı ölən və ya xəsarət alan olmayıb.

Xuraman Etibarlı

İnterpress.az

Избранный
93
interpress.az

1Источники