RU

"İçərişəhər" stansiyasında YENİLİKVİDEO

"İçərişəhər"də qatarlar üçün dönmə yeri olacaq.

Xezerxeber.az xəbər veirr ki, "Bakı Metropoliteni" QSC xətlərin ayrılması layihəsinin mühüm tədbirlərindən biri kimi "İçərişəhər" stansiyasının arxasında dönmə tunelinin inşasına start verir.

Tikintinin əsas məqsədi xətlərin ayrılması ilə hər bir xəttin müstəqil fəaliyyəti zamanı qatarlararası intervalların azaldılmasına nail olmaqdır. Mövcud vəziyyətdə qatarların eyni platformadan geri dönməsi texniki və təhlükəsizlik baxımından intervalın minimuma endirilməsinə imkan vermir. Dönmə kamerası isə bu məhdudiyyəti tam aradan qaldıracaq. Layihənin sonunda "İçərişəhər" stansiyasında sərnişinləri düşdükdən sonra qatarlar stansiyanın arxasında yerləşən dönmə kamerasına yönələcək. Oradan isə hazırda girişə qapalı olan platformaya daxil olaraq sərnişinlərlə "Həzi Aslanov" stansiyası istiqamətində hərəkət edəcək.

Bu dəyişiklik sərnişin axınının daha təhlükəsiz və rahat tənzimlənməsinə, qatarların hərəkətinin daha çevik təşkilinə şərait yaradacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Избранный
38
3
xezerxeber.az

10Источники