RU

7-ci sinif şagirdi məktəb direktorunu güllələyib - Mersində - VİDEO

12 yaşlı 7-ci sinif şagirdi oxuduğu orta məktəbin direktorunu güllələyib.

Ölkə.az xəbər verir ki, hadisə Türkiyənin Mersin əyalətinin Anamur rayonunda orta məktəbdə baş verib.

Direktor məktəbin həyətində şagird tərəfindən tüfənglə vurulduqdan sonra ağır yaralanaraq xəstəxanaya aparılıb.

Məlumata görə, 12 yaşlı şagird M.K. Rüştü Kazım Yücelen Orta Məktəbinin həyətində məktəb direktoru 39 yaşlı Ender Karanı naməlum səbəbdən tüfənglə vurub.

Jandarma hadisəni törədən şagirdi saxlayıb. Karanın həyatının təhlükədə olduğu bildirilib. Jandarmanın hadisə ilə bağlı araşdırması davam edir. Hadisənin baş verdiyi məktəbdə dərslər bir günlük dayandırılıb.

Hadisə anı təhlükəsizlik kamerasının görüntülərində saniyə-saniyədə qeydə alınıb. Görüntülərdə uşağın yaxınlaşdığı, tüfəngdən atəş açdığı və direktoru vurduğu görünür.

Direktor Ender Karanı tüfənglə vuran 7-ci sinif şagirdinin 55 yaşlı atası prokurorun göstərişi ilə saxlanılıb.

Mürtəza

Избранный
63
1
olke.az

2Источники