RU

Ölkəyə bal idxalı azalıb: Hansı ölkələrdən gətirilir?

Ajans.az rəsmi statistikaya istinadən xəbər verir ki, ötən ilin müvafiq dövründə ölkəmizə 114.12 ton bal idxal olunmuşdu. Onun ixrac dəyəri 649.18 min dollar təşkil etmişdi. Bu ilin 10 ayı ərzində isə Azərbaycandan 21 min dollar dəyərində 600 kq təbii bal ixrac olunub. "Duty free" mağazalarında satıldığı üçün həmin məhsulun hansı ölkəyə getdiyini təyin etmək mümkün olmayıb.

İdxal olunan təbii balın əsas hissəsi Türkiyə, Ukrayna, Rusiya və Gürcüstanın payına düşüb. Belə ki, Türkiyədən 22.55 ton (128.06 min dollar), Ukraynadan 20.16 ton (100.78 min dollar), Rusiyadan 15.74 ton (78.7 min dollar), Gürcüstandan isə 8.79 ton (43.95 min dollar) təbii bal gətirilib. Eyni zamanda, Belarus, İran, Almaniya, Fransa, İspaniya, Avstriya, İtaliya, Macarıstan, Qırğızıstan, Meksika və Böyük Britaniyadan da az həcmdə idxal qeydə alınıb.(Oxu.az)

Избранный
49
Ajans.az

1Источники