RU

Sumqayıtda faciəvi hadisə: gənc qız hündürlükdən yıxıldı

Sumqayıt şəhərində bədbəxt hadisə baş verib.

NOCOMMENT.az xəbər verir ki, hadisə şəhərin “Kristal Abşeron” yaşayış kompleksi ərazisində qeydə alınıb. Məlumata görə, gənc qız naməlum səbəbdən hündürlükdən yıxılıb.

Hadisədən sonra o, ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Həkimlərin verdiyi məlumata əsasən, yaralının vəziyyəti ciddi olaraq qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır, hadisənin başvermə səbəbləri dəqiqləşdirilir.

Избранный
80
nocomment.az

1Источники