RU

Qarabağ ın əldə etdiyi uğurları əldə etmək üçün çox inkişaf etməliyik Valdas Dambrauskas

ain.az, Footbal-plus portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Sabah" Misli premyer-liqasının 16-cı turu çərçivəsində "Sumqayıt"ın meydanından qələbəylə ayrıldı - 3:1."Football-plus.az" xəbər verir ki, "bayquşlar"ın baş məşqçisi oyunsonrası mətbuat konfransında jurmalistlərin suallarını cavabladı.- Komandamı, "Sabah" ailəsini qələbə münasibətilə təbrik edirəm. Çox önəmli qalibiyyətdi. Buna ehtiyac var idi. Düzdü, daha yaxşı oynaya bilərdik. Matçın sonlarına yaxın bir az əziyyət çəkdik. Futbolçularıma təşəkkür edirəm. Onlar son aylarda çox inkişaf ediblər. İstirahətə yollanacağıq. Yeni ildən sonra mövsümün ikinci yarısına hazırlaşacağıq.- Uzun illərdən sonra premyer-liqada "qış çempionu" dəyişdi. Bunu nəyin hesabına bacardız?- Hələ mövsümün yarısının olması üçün qarşıda bir oyun var. "Qarabağ" çox yaxşı komandadı, məşqçi komandasıdı, Avropada səs-küy yaradıblar. Onların əldə etdiyi uğurları əldə etmək üçün çox inkişaf etməliyik. Biz sadəcə qarşıdan gələn oyunu düşünürük. Hazırda lider olmaq bizə heç bir medal qazandırmır. Böyük uğurlar qazanmaq üçün çox çalışmaq lazımdı.- "Neftçi" ilə matçdan sonra demişdiz ki, bizi "Turan Tovuz" və "Qarabağ"la çətin oyunlar gözləyir. Həmin vaxt "Sumqayıt"ın adını çəkməmişdiz. Maraqlıdı, onlarla oyunun asan olacağını düşünürdünüz?- Bəlkə də yanlış anlaşılma olub. Həmişə qeyd etmişəm ki, mənim üçün qarşıdan gələn oyun ən önəmlisidi. Hər matçdan sonra məndən "Qarabağ" barədə soruşursuz. Hazırda məni ən çox düşündürən oyun gələn il yanvarın 25-də "Karvan-Yevlax"a qarşı keçirəcəyimiz matçdı.- Oyunun əvvəlində dron çəkilişinə icazə vermədiz. Bunun səbəbi nə idi?- Bilmirəm nə deyim. Bura oyun barədə danışmağa gəlmişəm.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
53
5
icma.az

8Источники