RU

Xaçmaz Rayon İcra Hakimiyyəti abadlıq işlərinə 115 min manat xərcləyir

Xaçmaz Rayon İcra Hakimiyyəti müxtəlif mal-materialların satın alınması üçün tender keçirib.

NOCOMMENT.az 32gun.az-a istinadən xəbər verir ki,  tenderin qalibi “Safari” Məhdud Məsuliyyətli Cəmiyyəti olub və ehtimal olunan qiymət 115.640 manat təşkil edir.

Satınalma çərçivəsində təmin olunacaq əsas maddələr bunlardır:

Eldar şamı – Pinus eldarica Medw, minimum hündürlük 2 metr, 4.000 ədəd.

Zibil konteynerləri (0.5 kub m / 550 litr) – dəmir, qalınlıq 2,5 mm, xüsusi avtomobillərlə yığılmaq üçün, 100 ədəd.

Zibil konteynerləri (1,1 kub m / 1100 litr) – yüksək sıxlıqlı polietilen, 200 mm təkər, pedal mexanizmi ilə qapaq, 170 ədəd.

Parklarda tullantı üçün dəmir zibil qutusu – ölçülər 400×400×950 mm, taxta üzlüklə, 20 ədəd.

Abadlıq üçün idman qurğuları – müxtəlif bədən inkişaf alətləri və idman cihazları, 1 dəst.

Uşaq oyun meydançası – iki sürüşkən, iki yelləncək, tərəzi balans, turbalı ikili yelləncək və digər elementlərlə, 1 dəst.

Qeyd edək ki, bu satınalma Xaçmaz rayonunda parkların, uşaq meydançalarının və abadlıq işlərinin təkmilləşdirilməsi üçün nəzərdə tutulub və vəsaitin səmərəli istifadəsi ictimai maraq doğurur.

Избранный
69
nocomment.az

1Источники