RU

30 il xəstələrinə təcavüz edən həkim HƏBS OLUNDU

Fransada xəstələrinin sinəsinə toxunmaq “xəstəsi” olan həkim həbs edilib.

İnterpress.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb. Sevgilisinin intiqamı həkimin 30 illik əməllərini ifşa edib, məhkəmə hökm oxuyub.

Məlumata görə, Fransada 67 yaşlı ümumi təcrübə həkimi xəstələrinə qarşı cinsi qısnama törətdiyi üçün ciddi rejimli həbsxanaya göndərilib.

Bildirilir ki, həkim 30 il ərzində vəzifəsindən sui-istifadə edərək qadın xəstələrin sinəsini müayinə edib. Halbuki xəstələr qəbula tamamilə başqa şikayətlərlə müraciət edirmişlər.

Bu məcburi “skrininiq”dən ən azı 60 nəfər, o cümlədən yeniyetmələr zərər çəkib. Həkim bunun üçün onlardan razılıq almayıb.

Həkimin cinayəti təsadüfən üzə çıxıb. Belə ki, xəstələrdən birinin sevgilisi qızın şikayətindən (həkimin hər qəbulda ona toxunmasından) sonra həkimə hücum edərək ondan qisas almaq qərarına gəlib. Nəticədə hücum edən şəxs mühakimə olunsa da, hüquq-mühafizə orqanları həkimin fəaliyyətini yoxlamaq qərarına gəliblər.

İstintaq zamanı həkim pis niyyətinin olmadığını, sadəcə döş xərçəngi müayinəsinə “aludə olduğunu” iddia edib. Lakin məhkəmə onu cinsi zorakılıqda təqsirli bilib.

Ona 3 ili şərti olmaqla 4 il həbs cəzası verilib. Həkim peşə fəaliyyətindən məhrum edilib və zərərçəkənlərə bir neçə min avro təzminat ödəməlidir.

Xuraman Etibarlı

İnterpress.az


Избранный
80
interpress.az

1Источники