RU

Netanyahu İrana xəbərdarlıq etdi

"İsrail İranın son təlimləri barədə məlumatlıdır və Tehranın nüvə fəaliyyəti ABŞ Prezidenti Donald Trampla müzakirə olunacaq".

"Yeni Sabah" Oxu.Az-a istinadən xəbər verir ki, bu sözləri İsrailin Baş naziri Benyamin Netanyahu Qüdsdə Yunanıstan və Kipr liderləri ilə birgə keçirilən mətbuat konfransında bildirib.

"Biz vəziyyəti izləyirik və bütün zəruri hazırlıq işlərini aparırıq. İrana açıq şəkildə çatdırmaq istəyirəm ki, İsrailə qarşı istənilən hərəkət son dərəcə sərt cavabla qarşılanacaq", - deyə o vurğulayıb.

Xatırladaq ki, dekabrın 22-də İran genişmiqyaslı raket təlimləri keçirib.


Telegram kanalımız
Избранный
81
yenisabah.az

1Источники