RU

Hava limanında QORXULU ANLAR – Sərnişin otel otağında KİLİDLƏNDİ

Vnukovo hava limanında sərnişin kapsul oteldə ilişib qalıb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Reysə gecikən qadın qışqıraraq kömək istəyib, otel əməkdaşları onu son anda xilas ediblər.

Məlumata görə, Moskvadakı Vnukovo hava limanında bir səyahətçi qadın kapsul oteldə kilidli qalıb.

Hadisə zamanı sərnişin bərkdən qışqıraraq reysə gecikdiyini bildirib. Onun təyyarəsinin uçuşuna cəmi bir saat vaxt qalmışdı.

Qeyd olunur ki, sözügedən kapsul otel terminalın “təmiz zona”sında – yəni uçuşqabağı yoxlamadan sonrakı ərazidə yerləşir.

Nəticədə otel əməkdaşları sərnişini xilas edərək çölə çıxarıblar. Xoşbəxtlikdən, qadın öz reysinə vaxtında çata bilib.

Xuraman Etibarlı

İnterpress.az

Избранный
66
interpress.az

1Источники