Bakı. Trend:
Misir futbol millisi Afrika Millətlər Kubokunun qrupmərhələsinin ilk turunda Zimbabve komandasını 2:1 hesabı ilə məğlubedib.
Trend-in məlumatına görə, turnir Mərakeşdə keçirilir.
Misir komandasından Ömər Marmuş (64-cü dəqiqə) və Məhəmməd Salah(90+1), Zimbabve komandasından isə Prins Dube (20) qolvurublar.
Növbəti turda Misir Cənubi Afrika ilə, Zimbabve isə Anqola iləqarşılaşacaq. Hər iki oyun dekabrın 26-da keçiriləcək.