RU

“Ümidli Gələcək” Sosial Təşəbbüslər İB xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün maarifləndirici tədbir təşkil etdi » AzadMedia.az


“Ümidli Gələcək” Sosial Təşəbbüslər İctimai Birliyi Ailə və Sosial Xidmətlər Agentliyinin nəzdində fəaliyyət göstərən 3 saylı Uşaq Evi ilə birgə əməkdaşlıq çərçivəsində xüsusi qayğıya ehtiyacı olan 45 uşaq üçün maarifləndirici və inkişafetdirici tədbir təşkil edib.
Tədbirin əsas məqsədi uşaqların asudə vaxtının səmərəli təşkili, onların dünyagörüşünün genişləndirilməsi və sosial inteqrasiyasına dəstək göstərmək olub.
“Milli irsin gənc nəslə aşılanması: ümidli gələcəyə doğru” adlı layihə çərçivəsində keçirilən tədbir “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində reabilitasiya keçən uşaqlarla uşaq evinin sakinləri arasında reinteqrasiyanın gücləndirilməsinə müsbət töhfə verib.
Tədbirin ilk mərhələsində Zəfər Muzeyi və Dövlət Bayraq Muzeyinin əməkdaşları tərəfindən uşaqlara Azərbaycan tarixi ilə bağlı ətraflı məlumatlar təqdim olunub. Uşaqlar vizual materiallar vasitəsilə milli tariximizin əsas məqamları ilə tanış olub, milli irsimizi daha yaxından öyrənmək imkanı əldə ediblər.
Tədbirin ikinci hissəsində isə uşaqların asudə vaxtlarının səmərəli təşkili, sosial bacarıqlarının inkişaf etdirilməsi və birgə qrup fəaliyyətlərinin təşviqi məqsədilə öyrədici və inkişafetdirici proqram icra olunub.
Layihənin həyata keçirilməsində göstərilən dəstəyə görə bütün tərəfdaş qurumlara, mütəxəssislərə və əməkdaşlara təşəkkür bildirilib.
Qeyd edək ki, “Ümidli Gələcək” Sosial Təşəbbüslər İctimai Birliyi gələcəkdə də xüsusi qayğıya ehtiyacı olan uşaqların sosial inteqrasiyası, şəxsi inkişafı və rifahının yüksəldilməsi istiqamətində maarifləndirici və sosial yönümlü layihələrin icrasını davam etdirməyi planlaşdırır.
Избранный
40
1
azadmedia.az

2Источники