RU

1300 abonentin qaz təchizatı dayandırılacaq

Sumqayıtda 1 300 abonentə qazın verilişində fasilə yaranacaq.

Azəriqaz İstehsalat Birliyinin Sumqayıt Qaz İstismarı Sahəsindən bildirilib ki, 23 dekabrda Sumqayıt şəhəri Ceyranbatan qəsəbəsində yeni quraşdırılmış ŞQTM-in mövcud qaz şəbəkəsinə qoşulması ilə əlaqədar qaz təchizatında fasilə yaranacaq.

Belə ki, aparılacaq işlərlə əlaqədar qəsəbə üzrə 1 300 abonentin qaz təchizatı saat 10:00-dan etibarən müvəqqəti olaraq dayandırılacaq. İşlər başa çatdırıldıqdan sonra qazın verilməsi mərhələli şəkildə bərpa ediləcək.

Abonentlərdən təhlükəsizlik qaydalarına riayət etmələri xahiş olunur.

Избранный
66
7
ucnoqta.az

10Источники