RU

Füllkruq “Milan” yolunda

Idman.biz portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

İtaliyanın “Milan” klubunun hücum xəttini gücləndirmək planlarına Niklas Füllkruq daxil edilib.

İdman.Biz xəbər verir ki, Almaniyalı futbolçu “Milan” klubuna icarə əsasında keçməyə yaxındır. Məlumata görə, Füllkruq 2026-cı ilin iyun ayınadək “Milan”ın heyətində icarə əsasında çıxış edəcək.

Müqavilədə oyunçunun 13-14 milyon avro (təxminən 24–26 milyon AZN) qarşılığında birdəfəlik transfer olunması üçün bənd də yer alıb.

Cari mövsümdə Almaniya millisinin üzvü İngiltərənin “Vest Hem” klubunda bütün turnirlər üzrə cəmi 413 dəqiqə meydanda olub və qol hesabını aça bilməyib. Bu səbəbdən futbolçunun daha çox oyun təcrübəsi qazanacağı yeni mühit axtarışında olduğu bildirilir.

İdman.Biz

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
62
1
icma.az

2Источники