RU

Gənclər arasında hansı xəstəlik riskləri artıb?

ain.az, Operativmedia portalına istinadən məlumat yayır.

“Son illər gənclər arasında sağlamlıqla bağlı risk faktorları daha qabarıq şəkildə özünü göstərir. Bunun əsas səbəblərindən biri həyat tərzinin dəyişməsi, sürətli yaşam ritmi və düzgün qidalanmaya kifayət qədər diqqət yetirilməməsidir. Gənclərin əksəriyyəti fast-food tipli qidalara üstünlük verir, gün ərzində vaxtsız və nizamsız qidalanır. Bu isə ilk növbədə mədə-bağırsaq sisteminə mənfi təsir göstərir. Nəticədə gastrit, reflü-ezofagit, kolit kimi xəstəliklər gənc yaşlarda daha tez-tez aşkarlanır və bəzən xroniki forma alır”

Bu sözləri Operativ Media-ya açıqlamasında terapevt-hepatoloq Sevinc Abasova deyib. 

Onun sözlərinə görə, digər mühüm sağlamlıq riski spirtli içkilərin istifadəsi ilə bağlıdır:

“Gənc yaşlarda spirtli içkilərin təsiri çox vaxt ciddi qəbul edilmir. Lakin mütəmadi istifadə uzunmüddətli dövrdə qaraciyərin zədələnməsinə, maddələr mübadiləsinin pozulmasına və müxtəlif xroniki xəstəliklərin yaranmasına səbəb olur. Artıq praktikada 30 yaşına çatmamış gənclərdə belə alkoqolla əlaqəli qaraciyər zədələnmələrinə rast gəlinməsi bu problemin nə qədər aktuallaşdığını göstərir.

Gənclər arasında geniş yayılan digər problem isə qanazlığıdır. Xüsusilə gənc xanımlar arasında anemiya daha çox müşahidə olunur. Bunun əsas səbəbləri arasında balanssız qidalanma, dəmir və vitaminlərlə zəngin qidaların az qəbulu, eyni zamanda ekoloji amillərin təsiri dayanır. Qanazlığı vaxtında aşkarlanmadıqda halsızlıq, diqqət dağınıqlığı, iş və təhsil fəaliyyətində məhsuldarlığın azalması kimi fəsadlara yol aça bilər.

Ümumilikdə, bu risk faktorları göstərir ki, gənc yaşlardan sağlam qidalanma vərdişlərinin formalaşdırılması, zərərli vərdişlərdən uzaq durmaq və mütəmadi tibbi müayinələrdən keçmək gələcəkdə daha ciddi sağlamlıq problemlərinin qarşısının alınmasında mühüm rol oynayır”.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
94
operativmedia.az

1Источники