RU

Həbsdəki jurnalistin iti ilə görüşünə şərait yaradılacaq

ain.az, Gununsesi portalına istinadən məlumatı açıqlayır.

Həbsdəki jurnalistin iti ilə görüşünə şərait yaradılacaq.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aytən Əliyevanın sədrliyi, hakimlər Elmin Rüstəmov və Vüqar Quliyevdən ibarət tərkibdə Meydan TV jurnalistləri Aynur Elgünəş, Aysel Umudova, Aytac Tapdıq, Natiq Cavadlı, Ramin Deko, Xəyalə Ağayeva və Şəmşad Ağa, həmçinin müstəqil jurnalistlər Nurlan Libre, Fatimə Mövlamlı, Ülviyyə Əlinin, Bakı Jurnalistika Məktəbinin əməkdaşı Ülvi Tahirovun cinayət işi üzrə məhkəmənin ilk iclası keçirilib.

Gununsesi.info bildirir ki, proses vəkillərin və təqsirləndirilən şəxslərin vəsatətləri dinlənililməklə başlayıb.

Jurnalist Aynur Elgünəş pensiya kartının ona qaytarılması ilə bağlı muraciətinə uyğun qurumların reaksiya vermədiyini deyib. “İstintaq orqanı bütün kartlarımı götürüb, heç olmasa ittihama dəxli olmayan pensiya kartımı qaytarsınlar”. Hakim bununla bağlı lazımi orqana sorgu göndəriləcəyini bildirəndən sonra, Aynur Elgünəş iti ilə görüş imkanı məsələsini bir daha hakimin diqqətinə çatdırdı. Hakim bu məsələ ilə bağlı müraciət edəcəklərini bildirdi.

Qey edək ki, Aynur Elgünəş neçə illərdir ki, evində saxladığı iti ilə görüşməsi üçün şərait yaradılmasını xahiş etmişdi.

Günay Mahirqızı

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
43
icma.az

1Источники