RU

Tramp: ABŞ dünyanın ən yaxşı silahlarını istehsal edir- ÖZƏL

ABŞ Prezidenti Donald Tramp Florida ştatında yerləşən Mar-a-Laqo iqamətgahında çıxışı zamanı Amerikanın silah sənayesinin üstünlüyünü vurğulayıb. Olaylar.az xəbər verir ki, o bildirib ki, ABŞ dünyada ən yaxşı silahları istehsal edir və bu sahədə ölkəyə yaxınlaşa bilən yoxdur.
"Biz dünyanın ən yaxşı silahlarını istehsal edirik. Heç kim bizə yaxın belə dura bilmir. Amma problem ondadır ki, onlar (müdafiə sənayesi podratçıları) bu silahları kifayət qədər sürətlə istehsal etmirlər. Buna görə də biz onlarla görüşərək istehsal qrafiklərini müzakirə edəcəyik", - deyə Tramp qeyd edib.
ABŞ prezidenti, həmçinin hərbi-sənaye kompleksi (VPK) nümayəndələri ilə altıncı nəsil F-47 qırıcı təyyarəsinin hazırlanması məsələsini müzakirə etməyi planlaşdırdığını açıqlayıb. Trampın sözlərinə görə, yeni nəsil qırıcı ABŞ-ın hərbi üstünlüyünü daha da gücləndirəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
36
olaylar.az

1Источники