RU

“Şəhərsalma və Memarlıq İli”: Hansı dəyişikliklər gözlənilir?

Redaktor.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Azərbaycanda 2026-cı il “Şəhərsalma və Memarlıq İli” elan edilib.

Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Redaktor.az bu haqda memar Cahid Həsənovun fikirlərini təqdim edir:

"Bir memar kimi onu deyə bilərəm ki, bu, təkcə biz memarların deyil, eləcə də bütün cəmiyyətimizin sevincidir. Yəni memarlıq və şəhərsalmanın bütün sek­siyalarının inkişafı ili olacaq. Burada təkcə təsdiq olunan baş planlara uyğun dövlət tikililərindən söhbət getmir, həm də memarlıqla əlaqəli olan özəl sektorlardan söhbət gedir. Hər hansı bir təşkilat bu ildə bu sahədə iş görəcək. Müxtəlif təyinatlı tikililərin ən azı fasad dəyişikliyi, on illərlə qalmış şəhər parklarının yenidən qurulması, hətta Sovetlər Birliyi dövründən qalmış, istismar müddəti bitmiş kanalizasiya xətlərinin yenidən qurulmasınadək addımlar atılacaq".

Memarın sözlərinə görə, bu iş işğaldan azad olunmuş ərazilərimizdə daha mükəmməl və intensiv şəkildə görüləcək.

"Dünya memarlığının ən vacib məsələsi olan yaşıl şəhər formatına uyğun olaraq, bütün qurumlar artıq sürətlə bu işə start verəcək. Memarlıq və şəhərsalma ili bu günədək cəmiyyətin memarlıq və şəhərsalma sahəsində görmək istədiyi il olacaq", - deyə müsahibimiz vurğuladı.

Aytəkin TOFİQQIZI

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
48
2
redaktor.az

3Источники