RU

Tesla Kaliforniyadan qovula bilər

ain.az, Avtosfer portalına istinadən məlumat yayır.

"Tesla" şirkətinin qalmaqalları bitib-tükənmir. Şirkət gah rəhbərliyin açıqlamalaıarına görə, gah da hansısa texniki problem üzündən çətinliklə üzləşir. 

Avtosfer.az xəbər verir ki, bu dəfə Kaliforniya ştatının rəhbərliyi "Tesla"dan narazıdır. Ştatın avtomobil təhlükəsizliyi qurumu elektromobildəki avtopilot sistemindən narazıdır. Qurum iddia edir ki, maşınlar tam avtomatik idarəetməyə sahib deyil. Sürücü mütləq sükan arxasında olmalı və müdaxiləyə hazır olmalıdır. Avtopilot sistemi 2-ci deyil, daha aşağı səviyyədədir. 

Şirkətə terminologiya və proqram xətalarını düzəltmək üçün 60 gün vaxt verilib. Bu müddətdə problem aradan qalxmasa, ştat ərazisində "Tesla" satışları 30 gün müddətinə dayandırılacaq. 

Nəzərə alaq ki, Kaliforniya ştatı ABŞ-da Teslanın əsas bazarıdır. Şirkət maşınlarının 30 faizə qədərini burada satır.

Vüqar

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
96
avtosfer.az

1Источники