RU

“İçərişəhər”də yeni muzeylər yaradılacaq

“İçərişəhər”də yeni muzeylər yaradılacaq, bərpa və abadlıq işləri davam etdirilir.Mətbuat.az xəbər verir ki, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində yeni muzeylərin yaradılması ilə bağlı işlər görülür. Bu barədə Qoruq İdarəsinin İdarə Heyətinin sədri Rüfət Mahmud bu gün keçirilən mətbuat konfransında məlumat verib.Onun sözlərinə görə, sözügedən istiqamətdə müvafiq tədbirlər planlaşdırılır və layihələr üzərində iş aparılır.Rüfət Mahmud həmçinin bildirib ki, “İçərişəhər”in giriş hissələrində quraşdırılmış köşklər sökülüb. Qoruq ərazisində giriş-çıxışların genişləndirilməsi istiqamətində tədbirlər davam etdirilir. “Bu məqsədlə giriş-çıxış sahələri genişləndirilir, turistlərin və ziyarətçilərin rahat hərəkəti üçün şərait yaradılıb. Hazırda bu istiqamətdə işlər davam etdirilir”, – deyə o qeyd edib.

Bundan əlavə, sədr vurğulayıb ki, cari il ərzində “İçərişəhər” ərazisində yerləşən 12 evin dam örtüyü dəyişdirilib. Eyni zamanda, 28 ev əsaslı təmir olunaraq sahiblərinə təhvil verilib. Hazırda qoruq ərazisindəki yaşayış evlərində tarix-memarlıq üslubu qorunmaqla bərpa və təmir işləri davam etdirilir.

Избранный
16
metbuat.az

1Источники