Bakı, 23 dekabr, AZƏRTAC
Türkiyə şirkətləri Qarabağın bərpasına dəyəri 5 milyard dollardan çox olan layihə ilə töhfə verib
AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin ticarət naziri Ömər Bolat II Azərbaycan-Türkiyə investisiya forumunda məlumat verib.
Nazir bildirb ki, Türkiyə şirkətləri bu günə qədər Azərbaycanda, xüsusilə də işğaldan azad edilmiş Qarabağ bölgəsinin yenidən qurulmasında mühüm rol oynayıb: “Hazırda Qarabağda sənaye və kənd təsərrüfatı sahələrində yeni investisiyalar hesabına bölgə iqtisadiyyatının canlandırılması istiqamətində Azərbaycan və Türkiyə hökumətləri arasında sıx əməkdaşlıq davam edir”.