RU

Kasparov barəsində qiyabi həbs qərarı verilib

Rusiyada tanınmış şahmatçı Qarri Kasparov barəsində “terrorizmə haqq qazandırmaq” ittihamı ilə Moskvanın Zamoskvoretski Rayon Məhkəməsi tərəfindən qiyabi həbs qərarı çıxarılıb.

Məhkəmədən verilən məlumata görə, İstintaq orqanları dekabrın 22-də Kasparovun qiyabi həbs olunması ilə bağlı vəsatət təqdim edib. Hazırda Rusiyada “xarici agent” kimi tanınan, həmçinin terrorçular və ekstremistlər reyestrinə daxil edilən Qarri Kasparova qarşı rəsmi ittiham irəli sürülüb.

Kasparov Rusiya Federasiyası Cinayət Məcəlləsinin 205.2-ci maddəsinin 2-ci hissəsi — informasiya-telekommunikasiya şəbəkələrindən, o cümlədən internetdən istifadə etməklə terrorizmə açıq şəkildə haqq qazandırmaqda və ona çağırışlar etməklə ittiham olunur.

Qeyd edək ki, Qarri Kasparov uzun illərdir Rusiyadan kənarda yaşayır və Kremlin siyasətinə qarşı sərt tənqidləri ilə tanınır.

TASS

Избранный
40
8
herbiand.az

10Источники