RU

Sponsor baş məşqçi ilə görüşdü, planlar dəyişdi SON DURUM

Fanat saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Maliyyənin planauyğun şəkildə xərclənməməsi səbəbindən 2-ci Liqa təmsilçisi "Şəki Siti"yə sponsorluqdan imtina etmək qərarına gələn "Flyblast" şirkətinin rəhbərliyi fikrini dəyişib.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, liqanın 14-cü turu çərçivəsində dünən "Xankəndi" ilə oyundan dəqiqələr öncə texniki heyətə 2 ayın maaşinı ödəyən sponsor Şəki komandasını oyuna çıxmağa razı salıbsa, matçın ardından sözügedən şirkətin direktoru Rövşən Abdullayev komandanın baş məşqçisi Elvin Həsənovla görüşüb.

Abdullayev klubun strukturunda kadr dəyişikliklərinə ehtiyac olduğunu, qışda heyətin gücləndirilməsi yönündə addımlar atılacağını, komandaya müntəxəm məşq üçün yaxşı şərait yaradılacağını və yaxın vaxtlarda qalan 1 ayın da maaşının ödəniləcəyini bildirib. Həsənov və köməkçiləri postunda qalacaq, daha əvvəl yanvarda ödənişli oyunçularla vidalaşmağı planlaşdıran klub isə iddiasından əl çəkməyəcək.

Xatırladaq ki, sözügedən komanda 13-cü turda "Qaradağ Lökbatan"la matça çıxmayaraq texniki məğlubiyyət almışdı. "Şəki Siti" "Xankəndi"yə qarşı da mübarizə aparmayacağı təqdirdə, liqadan uzaqlaşdırılacaqdı.

Nihat

Abunə Ol

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
21
1
fanat.az

2Источники