RU

Cəlilabadda iki avtomobil toqquşub, bir nəfər ağır xəsarət alıb

Cəlilabad, 23 dekabr, İlkin Adıyev, AZƏRTAC

Cəlilabad rayonunun Albalan kəndində yol-nəqliyyat hadisəsi baş verib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, “Chevrolet Niva” markalı avtomobillə “VAZ 2107” markalı avtomobil toqquşub.

Qəza nəticəsində “VAZ 2107” markalı avtomobildə olan iki nəfərdən biri müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxanada ona ilkin tibbi yardım göstərilib, vəziyyətinin ağır olduğu bildirilir.

Digər avtomobildə olan şəxslərin vəziyyəti qənaətbəxşdir.

Faktla bağlı araşdırma aparılır.

Избранный
92
azertag.az

1Источники