RU

Türkiyə şirkətləri Qarabağın bərpasına dəyəri 5 milyard dollardan çox olan layihə ilə töhfə verib

Azertag saytından verilən məlumata görə, ain.az xəbər verir.

Bakı, 23 dekabr, AZƏRTAC

Türkiyə şirkətləri Qarabağın bərpasına dəyəri 5 milyard dollardan çox olan layihə ilə töhfə verib.

AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin ticarət naziri Ömər Bolat II Azərbaycan-Türkiyə İnvestisiya Forumunda məlumat verib.

Nazir bildirib ki, Türkiyə şirkətləri bu günə qədər Azərbaycanda, xüsusilə də işğaldan azad edilmiş Qarabağ bölgəsinin yenidən qurulmasında mühüm rol oynayıb: “Hazırda Qarabağda sənaye və kənd təsərrüfatı sahələrində yeni investisiyalar hesabına bölgə iqtisadiyyatının canlandırılması istiqamətində Azərbaycan və Türkiyə hökumətləri arasında sıx əməkdaşlıq davam edir”.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
31
3
azertag.az

4Источники