FİFA topun meydançanın hüdudlarını tərk edib-etmədiyini müəyyən etməyə imkan verən yeni texnologiyanı sınaqdan keçirir.
Publika.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
“Out of Bounds” adlanan bu innovasiya Qətərdə keçirilən Qitələrarası kubokun üç oyununda sınaqdan keçirilən texnologiyalar seriyasından biri olub.
Bundan əlavə, FİFA ofsaytların baxış xətti üzrə daha sürətli və daha aydın müəyyənləşdirilməsi üçün “Real-time 3D Recreation” texnologiyasının istifadəsini genişləndirib. VAR və televiziya tamaşaçıları üçün əlçatan olan iki virtual yayım mövcuddur ki, bu yayımlar hər iki qapıçının baxış bucağını canlandırır.