Bakı. Trend:
Zəngəzur dəhlizi regionun körpüsü rolunu oynayacaq.
Bunu Trend-əaçıqlamasında Türkiyənin Azərbaycandakı keçmiş səfiri Hulusi Kılıçbu gün Bakıda keçirilən II Azərbaycan–Türkiyə İnvestisiya Forumuçərçivəsində deyib.
O vurğulayıb ki, Zəngəzur dəhlizi açıldıqda bölgədə mühüm birdəhliz fəaliyyətə başlayacaq:
"Bu dəhliz regionun körpüsü rolunu oynayacaq. Zəngəzur dəhliziaçıldıqda Türk dünyası ilə Türkiyə əlaqələri, o cümlədən Naxçıvanvə Azərbaycanın digər bölgələri daha sıx əlaqələnəcək. Buna görə dəbu layihə böyük əhəmiyyət daşıyır".
Sabiq səfir Azərbaycan-Türkiyə iqtisadi-siyasi əlaqələrindən dədanışıb:
"Türkiyə-Azərbaycan əlaqələri günbəgün inkişaf edir vəmöhkəmlənir. Buna görə də biz çox məmnunuq ki, iki qardaş ölkəarasında xüsusi və yaxın münasibətlər mövcuddur. Hər kəsin buəlaqələri dəstəkləməsi vacibdir.
Bugünkü forum da buna əyani nümunə oldu. Həm TürkiyəRespublikasının vitse-prezidenti Cevdet Yılmaz, həm də AzərbaycanınBaş naziri Əli Əsədov çıxışlar etdilər və görüş çox səmərəlioldu".
"Bundan əlavə, forum zamanı 15 milyard dollarlıq ticarət hədəfidə müzakirə olundu. Bu hədəfə nail olmaq üçün hər iki tərəf lazımitədbirlərin görülməsi üzrə addımlar atır. İnanıram və şübhə etmirəmki, yaxın gələcəkdə bu hədəf tam reallaşacaq", - H. Kılıç əlavəedib.