RU

Son 5 ildə İlon Mask nə qədər zənginləşib?

Bildiyimiz kimi İlon Mask hazırda dünyanın ən zəngin insanıdır.

Ölkə.az Valyuta.az-a istinadla xəbər verir ki, onun sərvəti bu ilin dekabr ayının hesabatına görə, 642 milyard dollar səviyyəsində qiymətləndirilir. Mask tarixdə adi bir gündə 10 milyard dollar itirib buna baxmayaraq ciddi təsir hiss etməyən azsaylı şəxslər sırasındadır.

Bu gün Tesla-nın baş icraçı direktoru kimi tanınan Mask bir neçə il əvvəl indiki qədər zəngin deyildi. Tesla səhmlərinin kəskin bahalaşması onun sərvətini tamamilə yeni səviyyəyə daşıdı.

300 milyard dollardan çox artım

CNBC Make It-in məlumatına görə, Mask 2020-ci ilə təxminən 30 milyard dollar sərvətlə daxil olub. Pandemiya ili "Tesla" üçün olduqca uğurlu keçdi və ilin sonuna doğru Maskın sərvəti 167 milyard dollara yüksəldi. Bu göstərici ona "Amazon"un qurucusu Ceff Bezosdan sonra dünyanın ikinci ən zəngin şəxsi statusunu qazandırdı.

Sonrakı beş il ərzində Maskın sərvəti daha 300 milyard dollardan çox artıb. Bu artım bir neçə amilin - "Tesla" səhmləri, kosmik sənaye, süni intellekt və sosial media layihələrinin nəticəsi kimi qiymətləndirilir.

Trilyonluq əməkhaqqı paketi

Məlumata görə, 2025-ci ilin noyabrında "Tesla" səhmdarları Mask üçün təxminən 1 trilyon dollara yaxın (878 milyard dollar) dəyərində əməkhaqqı paketini təsdiqləyiblər. ABC News bildirir ki, bu razılaşma Maskı tarixin ən yüksək maaş alan CEO-su edə bilər.

Şərtlərə əsasən, növbəti on il ərzində "Tesla"nın bazar dəyəri təxminən 1 trilyon dollardan 8,5 trilyon dollara yüksəlməli, eyni zamanda robotaksi və humanoid robotların istehsalı üzrə konkret hədəflər yerinə yetirilməlidir. Bu plan reallaşarsa, Mask dünyanın ilk trilyoneri ola bilər.

Dövlət müqavilələri və daha az nəzarət

2025-ci ilin əvvəlində Mask və ABŞ prezidenti Donald Tramp Hökumət Effektivliyi Departamentinin (DOGE) yaradıldığını elan ediblər. Rəsmi olaraq bir ildən az müddətdə fəaliyyətini dayandıran bu struktur dövründə Maskın şirkətləri daha çox dövlət müqaviləsi əldə edib və tənzimləyici nəzarət zəifləyib. "Forbes"in məlumatına görə, Mask Trampa dəstək verdikdən sonra bir neçə ay ərzində sərvətinə əlavə 170 milyard dollar əlavə olunub.

"SpaceX" amili

Maskın sərvətində əsas paylardan biri də SpaceX-ə məxsusdur. "SmartAsset"in hesablamasına görə, "SpaceX"in dəyəri təxminən 449 milyard dollar təşkil edir. Mask şirkətin təxminən 42%-nə sahibdir və bu pay onun sərvətinə 188 milyard dollar civarında töhfə verir.

Sosial media və süni intellekt

Bundan əlavə, "Mask"ın X (keçmiş Twitter) və "xAI" şirkətlərindəki payları onun sərvətinə təxminən 66 milyard dollar əlavə edir. Mask süni intellekt və kriptovalyuta daxil olmaqla yeni texnologiyalara tez uyğunlaşması ilə seçilir və bu strategiya onun sərvət artımında mühüm rol oynayır.

Избранный
64
1
olke.az

2Источники