RU

Mövsümün ilk yarısının yükünü kimlər çəkib? - Hakimliyin mənzərəsi

Misli Premyer Liqasında 16 tur geridə qalıb. Keçirilən 95 oyunda ("Qəbələ" - "Turan Tovuz" görüşləri təxirə salınıb) 14 baş hakim iş başında olub. 

Fanat.Az-ın hesablamasına görə, son turda Əliyar Ağayev, Kamal Umudlu, Tural Qurbanov, Fərid Hacıyev, Cavid Cəlilov və Əli Əliyev oyun idarə edib. Beləliklə, Əliyar Ağayev liderliyini qoruyub. Baxmayaraq ki, Fərid Hacıyevlə Cavid Cəlilov qış fasiləsi ərəfəsində son turda iş başında olublar. Əliyar Ağayev 16 tur ərzində 10 oyuna baş hakim kimi çıxıb.  9-cu təyinatını alan Hacıyevlə Cəlilov isə liderin ən yaxın izləyicisidir. 

On altı turda Nicat İsmayıllı hamıdan az - cəmi 2 dəfə iş başında olub.

On altıncı turda hakimlər cəmi 25 vərəqədən istifadə ediblər. Bu turda futbolçulardan qırmızı vərəqə alan olmayıb. 

Hakimlər 25 vərəqədən 16-nı meydan sahiblərinə, cəmi 9-nu isə qonaq komandanın oyunçularına göstəriblər.

Beləliklə, 16 turun yekununda sarı vərəqə sayı 378-ə çatıb. Mövsümün ilk yarısı ərzində 11 futbolçu "qırmızı" alıb. Nəticədə ümumi vərəqə sayı 389-a bərabər olub. Bu da hər oyuna orta hesabla 4,09 vərəqə deməkdir. 

On altı tur ərzində FİFA referisi Əliyar Ağayev o birilərdən çox əlini cibinə atıb. O, 59 vərəqədən istifadə edib ki, bunun 4-nün rəngi qırmızı olub. Onu 1-i qırmızı olmaqla, 37 vərəqədən yararlanan Tural Qurbanov təqib edir. 

Əliyar Ağayev - 10 oyun

meydan sahibi    24 sarı   3 qırmızı
qonaqlar              31        1
cəmi:                   55         4

Fərid Hacıyev - 9 oyun

meydan sahibi   21   1 
qonaqlar            10    0
cəmi:                  31   1

Cavid Cəlilov - 9 oyun

meydan sahibi    12    0
qonaqlar             18     0
cəmi:                   30    0

Tural Qurbanov - 8 oyun

meydan sahibi 19    1
qonaqlar    17    0
cəmi:    36    1

Rəvan Həmzəzadə - 8 oyun

meydan sahibi    16    0
qonaqlar    16    1
cəmi:    32    1

Rauf Cabarov -  8 oyun

meydan sahibi    13    0
qonaqlar    16   1
cəmi    29    1

Rəşad Əhmədov - 7 oyun

meydan sahibi    12    0
qonaqlar    23    0
cəmi:   35    0

Kamal Umudlu - 7 oyun

meydan sahibi    16    3
qonaqlar    15    0
cəmi:    31   3

Elçin Məsiyev - 7 oyun

meydan sahibi    14    0
qonaqlar             15    0
cəmi:                   29   0

İnqilab Məmmədov -  6 oyun

meydan sahibi  9   0
qonaqlar    16    0
cəmi:    25    0

Kamranbəy Rəhimov - 6 oyun

meydan sahibi  7    0
qonaqlar    14    0
cəmi:   21    0

Əli Əliyev - 4 oyun

meydan sahibi  8    0
qonaqlar    8    0
cəmi:   16    0

Elvin Bayramov - 3 oyun

meydan sahibi  9    0
qonaqlar    4    0
cəmi:    13    0

Nicat İsmayıllı - 2 oyun

meydan sahibi  4    0
qonaqlar    6    0
cəmi:    10    0

Mirağa
 

Избранный
15
fanat.az

1Источники