RU

Türkiyə Qara dənizi nəzarətə götürür

Azvision portalından verilən məlumata əsasən, ain.az bildirir.

AzVision.az xəbər verir ki, Türkiyənin Nəqliyyat naziri Əbdülqədir Uraloğlu “NTV” telekanalına müsahibəsində belə deyib. “Biz naviqasiya təhlükəsizliyi sahəsində ciddi səylər göstəririk. İstər Çanaqqalada, istərsə də Boğazda naviqasiya monitorinq sistemimizin işlədiyi bütün boğazlardan gəmilərin keçməsini izləyirik. Biz bu radara əsaslanan monitorinq xidmətini bütün Mərmərə dənizi bölgəsinə də genişləndirəcəyik. Biz bu sistemi Qara dənizə qədər genişləndirməyi planlaşdırırıq”, - Əbdülqədir Uraloğlu vurğulayıb. Onun sözlərinə görə, Türkiyə hökuməti “Mersindən Kiprə qədər ərazidə vəziyyəti daha effektiv şəkildə izləmək” üçün Şərqi Aralıq dənizində təcili şəkildə monitorinq sistemi tətbiq etməyi planlaşdırır. Qeyd edək ki, nazirin dediyi sistem dəniz nəqliyyatının monitorinqi xidmətlərinin göstərilməsi üzrə milli layihə çərçivəsində həyata keçirilir. Bununla bağlı Şərqi Aralıq dənizində lazımi infrastrukturun yaradılması istiqamətində işlər aparılır: əlavə radar və meteoroloji stansiyalar, rabitə mərkəzləri, videomüşahidə qurğuları tikilir. Avtomatik identifikasiya sistemindən, radarlardan və əlavə müşahidə avadanlıqlarından tutmuş bütün məlumatlar vahid infrastrukturda birləşdiriləcək. - Bu sistem dəniz nəqliyyatının 7/24 formatında, fasiləsiz və daha effektiv monitorinqinə, naviqasiya məlumatlarının və xəbərdarlıqların gəmilərə ötürülməsinə və onların təhlükəsizliyinə nəzarət etməyə imkan verəcək”, - Türkiyənin Nəqliyyat nazirinin açıqladığı məlumatda bildirilir. Sahil İsgəndərov

AzVision.az Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
5
2
azvision.az

3Источники