RU

Sumqayıtda 19 yaşlı qız binadan yıxıldı: SAĞDIR

Sumqayıtda çoxmərtəbəli binadan yıxılan qız sağ qalıb.

Hadisə şəhərin 10-cu mikrorayonunda yerləşən yaşayış komplekslərinin birində qeydə alınıb.

19 yaşlı Aysel Əlizadənin yaşadığı mənzildən yıxıldığı bildirilir. O, dərhal xəstəxanaya çatdırılıb.

“Səs-küyü eşidib, aşağı düşdüm. Dedilər ki, üçüncü mərtəbədə yaşayan qız yıxılıb. Deyəsən, əlində telefon olub. Yerə düşəndə başı dəmir boruya dəyib”, – deyə hadisə şahidi bildirib.

Sumqayıt Tibb Mərkəzindən verilən məlumata görə, Aysel Əlizadənin müalicəsi Reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti orta ağırdır.

Hadisənin baş vermə səbəbləri araşdırılır.

Ətraflı Baku TV-nin videomaterialında:

Избранный
44
editor.az

1Источники