RU

Ukraynanın təhlükəsizlik zəmanətləri ilə bağlı layihə sənədi hazırlanıb

ain.az bildirir, Apa.az saytına əsaslanaraq.

Ukrayna üçün təhlükəsizlik zəmanətləri barədə layihə sənədləri hazırlanıb.

APA xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski özünün “X” hesabında məlumat verib.

“Rustem Umerov və Andrey Qnatov ABŞ nümayəndə heyəti ilə görüşləri barədə ətraflı hesabat təqdim etdilər. Onlar prezident Trampın nümayəndələri ilə məhsuldar şəkildə işləyiblər və bir neçə layihə sənədi ərsəyə gəlib. Onların arasında təhlükəsizlik zəmanətləri, bərpa işləri və bu müharibəni bitirmək üçün əsas mexanizm barədə olan sənədlər var”, - Zelenski bildirib.

Ukrayna lideri ABŞ-la danışıqların davam etdirilicəyəni vurğulayıb.

Qeyd edək ki, bir neçə gün əvvəl Floridada ABŞ, Rusiya, Ukrayna və Avropa ölkələrinin nümayəndələrinin ayrı-ayrılıqda görüşləri təşkil edilib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
5
1
apa.az

2Источники