Burun estetik əməliyyatı keçirən şəxsləri ən çox maraqlandıran məsələlərdən biri sağalma müddətidir.
Pravda. az bildirir ki, əməliyyatdan sonra ilk 5–7 gün ərzində şişkinlik və göyərmələr nəzərəçarpacaq dərəcədə azalır. Bu dövrdən sonra pasiyentlər sosial həyata tədricən qayıdırlar.
Burun formasının tam oturması və istənilən görünüşü alması isə daha uzun vaxt tələb edir. Adətən burun estetik əməliyyatından sonra tam bərpa prosesi 6 ay – 1 il ərzində başa çatır. Bəzi hallarda isə bu müddət fərdi xüsusiyyətlərə görə 1–2 ilə qədər uzana bilər.
Həkim məsləhətlərinə əməl edilməsi, burun nahiyəsinin zərbələrdən qorunması və nəzarət müayinələrinin vaxtında aparılması sağalma prosesinə müsbət təsir göstərir.
Əminə Bayramova
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта