RU

Azərbaycanla əyri dostluq etməklə əsl sülhə nail ola bilməyəcəyik Karapetyan

ain.az, Unikal.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Mən bu yaxınlarda bildirdim ki, Azərbaycan və Türkiyə ilə əyri dostluq etməklə əsl sülhə nail ola bilməyəcəyik".

"Unikal" xəbər verir ki, bu barədə "Bizim Yolumuz" hərəkatının ideoloji lideri Samvel Karapetyan açıqlayıb. 

O, hərəkatın hesabat yığıncağına göndərdiyi mesajda deyib: "Rusiyaya qarşı sui-qəsd etməklə bölgədə özümüzü təhlükəsiz hiss etməyəcəyik. İran və Gürcüstanın həyati maraqlarını nəzərə almasaq, çətin anlarda dostlarımız olmayacaq.

Xalqımız öz problemlərini yaxşı münasibətlərlə necə həll etməyi çoxdan unudub. Ona görə də biz bunu edəcəyik". 

Ağarza Elçinoğlu

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
72
2
unikal.az

3Источники