RU

Əsas fondlara tətbiq edilən amortizasiya normaları üzrə təlimat təsdiqlənib

Maliyyə Nazirliyinin Kollegiyası "İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartlarına uyğun illik maliyyə hesabatlarını tərtib edən təşkilatlarda əsas fondlara tətbiq edilən amortizasiya normaları barədə Təlimat"ı təsdiqləyib.

Aznews.az xəbər verir ki, bununla bağlı nazir Sahil Babayev yeni qərar imzalayıb.

Qərara əsasən, əsas fondlara amortizasiya məbləğlərinin hesablanması aşağıdakı kimi həyata keçiriləcək:

- il ərzində istismara verilmiş əsas fondlar üzrə istismara verildiyi gündən (istismara verilmə tarixi daxil olmaqla) ilin sonunadək müəyyən olunmuş normalar hədlərində günlük amortizasiya hesablanılır;

- il ərzində istismardan çıxarılmış və ya əvəzsiz verilmiş əsas fondlar üzrə ilin əvvəlindən istismardan çıxarılan tarixədək (istismardan çıxarılma tarixi daxil olmaqla) müəyyən olunmuş normalar hədlərində günlük amortizasiya hesablanılır;

Избранный
44
2
aznews.az

3Источники