2025-ci ilin noyabr ayı ərzində TƏBİB-in “815” Çağrı Mərkəzinə ümumilikdə 11 672 zəng daxil olub.
Bu barədə “Cebheinfo.az”-a TƏBİB-dən məlumat daxil olub.
Müraciətlərdən 11 508 zəng müvafiq olaraq dərhal cavablandırılıb, 164 müraciət isə Çağrı xidməti şöbəsi tərəfindən araşdırılması üçün qəbul edilib. 68 müraciətlə bağlı vətəndaşlara müvafiq izahatlar verilib, 48 müraciətlə bağlı məsələ həll edilib, 48 müraciət isə elektron sənəd dövriyyəsi üzərindən rəsmiləşdirilərək aidiyyəti üzrə yönləndirilib.
Daxil olan müraciətlərin mövzusu, əsasən, müayinə və müalicənin təşkili, əlillik məsələləri, dərman təminatı, tibbi heyət və tibbi xidmətdən şikayət, kadr məsələləri, tibbi arayış və sənədlərin verilməsi ilə bağlı olub.